"Bu yanaşma ilə danışıqlarda uzağa getmək olmaz” ÖZƏL-MÖVQE

“Bu həftə Almaniyanın Münhen şəhərində ənənəvi təhlükəsizlik konfransı keçiriləcək. Dünya iqtisadiyyatında Davos forumunun rolu nədirsə, dünya təhlükəsizlik məsələrinin müzakirəsində Münhen konfransı o qədər əhəmiyyətlidir”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, tədbirə 500 qonaq dəvət olunub: “Dünyanın diqqəti 3 gün Münhenə yönələcək. Rusiyanın siyasəti həmişəki kimi əsas müzakirə predmetlərindən biri olacaq. Başqa mövzular da var: Çinin artan imkanları, beynəlxalq terrorzimlə mübarizədə son durum, Transatlantik əməkdaşlığın perspektivi və s.

Münhendə Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin bir araya gələcəyi xəbəri də yayılıb. Bu görüşdən nəticə gözləməyə dəyməz. Birincisi, ona görə ki, vasitəçi Rusiya xarici işlər naziri Sergey Lavrovdursa, məsələ aydındır, status-kvonun tərəfdarlarından biri məhz odur. Digər tərəfdən son günlər müxtəlif mövzularda Azərbaycan XİN-lə Rusiya XİN-nin sözləri çəp gəlir. İkincisi, Ermənistanın indiki hökuməti Dağlıq Qarabağ danışıqlarında yaxasını “gedin Qarabağ erməniləri ilə razılaşın” sözləri ilə kənara çəkir. Bu yanaşma ilə isə danışıqlarda uzağa getmək olmaz”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə