Rusiya müdafiə Naziri Türkiyəyə səfər edəcək

Rusiyanın müdafiə naziri Sergey Şoygu bu gün Türkiyəyə səfər edəcək. SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, Şoyqu, Türkiyə Milli Müdafiə naziri Hulusi Akarın dəvəti ilə Ankaraya gələcək.

Qonağın şərəfinə Türkiyə Milli Müdafiə Nazirliyində fəxri qaravul dəstəsi düzüləcək. Şoyqu və Acar, Soçidəki üçtərəfli saamit ərəfəsində Suriyadakı vəziyyəti müzakirə edəcək.

Tərəflərin əsaəsn Idlibdəki vəziyyəti müzakirə etməsi gözlənilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə