“Özbəkistan prezidentini yenidənqurmanın lideri adlandırırlar" ÖZƏL-RƏY

“Özbəkistan prezidenti Şavkat Mirziyayevi Almaniyada fəxri qarovulla qarşıladılar. Alman mətbuatı Ş.Mirziyayevi Mərkəzi Asiya regionunda yenidənqurmanın lideri adlandırdı. Ş.Mirziyayev Almaniyanın prezidenti ilə görüşdü. Federal-kansler A.Merkellə görüşdə təkcə ikitərəfli əməkdaşlıq deyil, regional əməkdaşlıq məsələləri də müzakirə edildi. 4 milyard dollar məbləği olan 9 müqavilə imzalandı. Almaniyaya səfəri zamanı Ş.Mirziyayev Bavariya regionuna səfər etdi. Münhendə Bavariyanın baş naziri Markus Zederlə görüşüb, ticari-iqtisadi sahəsindəki məsələləri müzakirə etdi”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, prezident Ş.Mirziyayev Hindistanın baş naziri Narendra Modinin dəvəti ilə Hindistanın Qucarat ştatının Əhmədabad şəhərində keçirilən “Dinamik Qucarat-2019” sərgisində iştirak etdi: “Eyni zamanda baş nazirlə qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdi.

ABŞ-Özbəkistan münasibətlərində aktivlik var. Özbəkistanın xüsusi təyinatlı hərbi qüvvələri ABŞ-da keçirilən hərbi tədbirdə iştirak etdi. Təlimlər Missisipi ştatının (ABŞ) Milli Qvardiyasının Qalfport şəhərinin Kemp Şelbi təlim mərkəzində keçirildi. “Özbəkistanda əhalinin əhval-ruhiyyəsinin radikallaşması təhlükəsi mövcuddur. Çünki hələ iqtisadiyyat və dövlət idarəçiliyi zəifdir”.- Daniel Kouts, ABŞ milli kəşfiyyatının direktoru. ABŞ Özbəkistanın toxuculuq məhsullarına qoyduğu qadağanı ləğv edilməsi mövzusunda danışıqlar başlanıb.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Uzbekenerqo”ya 240 milyon dollar kredit verdi. Dövlət təminatı ilə verilən bu kredit yeni istilik elektrik stansiyasının tikintisinə yönəldiləcəkdir. Facebook bəzi Rusiya mənşəli səhifələri ləğv etdi. Özbəkistan prezidentinin Facebook səhifəsi Rusiya ərazisindən idarə olunduğu üçün ləğv olunan səhifələrin içərisində idi.

Özbəkistandakı tikinti bumu Çinə 2,1 milyard dollar vəsait qazandırıb.

Özbəkistan Tacikistandan kənd təsərrüfatı traktorunun alınması barədə yayılan məlumatları inkar etdi. Vaxtilə Tacikistan Özbəkistandan kənd təsərrüfatı traktorları alıbmış. Tacikistanın ödəməyə pulu olmadığı üçün həmin traktorları geri qaytarıb.

Özbəkistan və Türkmənistanın Xİ nazirləri Özbəkistanda görüşərək 2018-ci ildə gördüyü işlərə yekun vurdular. Özbəkistanda “Turon-24” informasiya agentliyi bağlandı. Bu informasiya agentliyi cəmi 4 ay bundan qabaq yaranmışdı”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə