“Sasna Srer” müharibə istəyir? SƏRSƏM BƏYANAT

Ermənistanın “Sasna Srer” partiyası separatçı rejimin “paytaxtında” dəyirmi masa keçirib və aşkar erməni həyasızlığını əks etdirən sərsəm bəyanat yayıb. “Madrid prinsiplərinə alternativ” adı altında keçirilən dəyirmi masada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllini əks etdirən Madrid prinsiplərindən imtina tələb olunub. SİA news.am-a istinadən xəbər verir ki, dəyirmi masadan sonra ictimailəşdirilən saxta bəyanatda Madrid prinsiplərindən imtinanın olunması, Minsk qrupunun egidası altında aparılan danışıqlarda erməni tərəfinin ərazilərin güzəştə gedilməsi məntiqindən kənarda dayanması, eləcə də, bu kimi dəyirmi masaların keçirilməsi ilə yanaşı, həmin tədbirlərə digər siyasi güclərin və təmsilçilərinin iştirakının vacibliyi kimi məsələlər yer alıb. Bu kimi "tələblərin" irəli sürülməsi isə, Ermənistan və qondarma “DQR” rejimi üçün kifayət qədər baha başa gələ bilər. Belə ki, Dağlıq Qarabağın işğal olunması faktı bütün mühüm beynəlxalq təşkilatlarda öz əksini tapıb və Azərbaycanın ərazi bütövlüyü tanınaraq, dəstəklənib, qətnamələr qəbul olunub. Bu mənada, erməni həyasızlığını əks etdirən bənzər və sərsəm bəyanatlar ərazilərimizin işğaldan azad edilməsi ilə nəticələnən müharibəyə səbəb ola, Ermənistanın isə ümumiyyətlə məhvi prosesini sürətləndirə bilər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...