Tanınmış siyasətçi Gürcüstanda baş verən olayın səbəbindən danışdı - Açıqlama

"Gürcüstan hakimiyyəti soydaşlarımızın təşkilatlanmalarına mane olmaq üçün Qamsaxurdiyadan üzü bu yana əlindən gələni edib. Hazırda bəzi region dövlətlərindən, o cümlədən, İran və Türkiyədən olan dini-siyasi qüvvələrin Gürcüstanda yaşayan soydaşlarımıza təsir imkanları kifayət qədər yüksəkdir". SİA-nın məlumatına görə, bu sözləri tanınmış politoloq Elçin Mirzəbəyli Gürcüstanda erməni canisinə heykəl ucaldılması hadisəsinə münasibət bildirərkən deyib.

O, əlavə edib ki, Rəsmi Tiflis bilərəkdən belə qüvvələrin Gürcüstandaki soydaşlarımıza təsir imkanlarının genişləndirilməsinə göz yumub ki, onları mümkün qədər Azərbaycandan ayırsın: "Digər tərəfdən, biz soydaşlarımızla yanaşı Gürcüstan cəmiyyəti ilə də işləyə bilməmişik. Halbuki, bunun üçün ciddi imkanlar olub"

Bütün xəbərlər Facebook səhifəmizdə