“Davos Forumu Azərbaycan üçün vacib platformadır" ÖZƏL-MÜNASİBƏT

“Davos Forumu Azərbaycan üçün vacib platformadır. Davosa dünyanın aparıcı ölkələrinin liderləri və tanınmış şirkətlərinin prezidentlər qatılırlar”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Politoloqun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Davosda bir neçə vəzifəni həyata keçirməyə çalışır: “Birincisi, Prezident müxtəlif panellərdə çıxış edir, Azərbaycanı dünya şirkətlərinə tanıtdırır, üstəgəl Azərbaycanın iqtisadi və investisiya imkanlarını geniş auditoriyaya çatdırır.

İkincisi, Prezident tanınmış şirkətlərin prezidentləri ilə ayrıca görüşür, onların Azərbaycana maraqlarını müəyyənləşdirir. Dəfələrlə olub ki, Prezident Davosda görüşdüyü şirkət liderlərini Bakıda qəbul edib və bu yeni investisiyaların ölkəmizə axını, o cümlədən yeni müəssisələrin tikintisi üçün imkanlar açıb.

Üçüncüsü, Azərbaycan Prezidenti Davos forumunda müxtəlif ölkələrin liderləri ilə görüşür, dünyadakı və bölgədəki mövzuları müzakirə edir. Davos iqtisadi platforma olsa da, burada siyasi mövzular da müzakirə olunur və bu amil Azərbaycan Prezidentinə imkan verir ki, Ermənistanın Azərbaycana təcavüzü və işğal faktına qon qoymağın yollarını da müzakirəyə çıxarsın”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə