“Mitinqlərdə ekstremist çağırış olur” RƏY-ÖZƏL

“Azərbaycanda sərbəst toplaşma azadlığı var”. Bunu SİA-ya açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, hər kəs də bu hüquqdan istifadə edə bilər: “Ümumiyyətlə, hər bir aksiya keçiriləndə nə isə bir məqsəd olmalıdır. Amma müxalifətin yersiz olaraq bu cür aksiyalar keçirməsi düzgün bir hal deyil. Yəni azadlıqlardan sui-istifadə edilməməlidir. Amma bir çox hallarda biz bunun şahidi oluruq ki, azadlıqlardan sui-istifadə edilir. Bu gün təsadüfü deyil ki, Bakı Şəhəri Baş Polis İdarəsinin rəisi General Mirqafar Seyidov açıqlama yaymışdır ki, biz Bakı Şəhəri İcra Hakimiyyətinə müraciət edəcəyik ki, mitinqləri müvəqqəti təxirə salsın. Çünki bəzi hallarda təşkilatçılar mitinqləri idarə edə bilmirlər. Mitinqlərdə ekstremist çağırış olur, eyni zamanda zorakılığa çağırışlarda edilir. Təbii ki, bu yol verilməzdir. Mitinqlər dinc olmalıdır və onun özü də dinc üsullarla həyata keçirməlidir. Axırıncı mitinqdə və daha sonra 20 Yanvar hüzn günü ilə bağlı olan tədbirdə də qarşıdurmaya meyllik var idi. Hesab edirəm ki, təxribata cəhdlərin qarşısı qətiyyətlə alınmalıdır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə