“Müxalifət hay-küy salmaqla göstərmək istəyir ki, onlar bekar deyillər” RƏY-ÖZƏL

“Təbii ki, qanunlar çərçivəsində olan toplantıların keçirilməsi qadağan deyil, əksinə qanunlarımız bunun üçün kifayət qədər şərait yaradır”. Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib. Onun sözlərinə görə, Azərbaycan hökuməti də bu barədə kifayət qədər şərait yaradır ki, insanlar sərbəst toplaşmaq azadlığından istifadə etsinlər, sözlərini, fikirlərini desinlər: “Yəni bu normal bir şeydir, hüquqi dövlətdə olan bir məsələdir. Amma təəssüflər olsun ki, bəzi müxalifət partiyalarının təşkil etdikləri toplantılar, hansısa təkliflərin verilməsi, hansısa inkişaf meylləri barədə fikirlərin səsləndirməsi üçün deyil, sadəcə tədbir xatirinə keçirilən tədbirlərə bənzəyir. Ümumiyyətlə, müxalifətin bir tədbir keçirib dalınca başqa bir tədbir keçirmək istəməsi artıq bu onların mitinq xəstəliyindən xəbər verir. Bunlar dinc və razılaşdırılmış mitinqlərə deyil, həm də “diqqət” çəkmək, ajiotaj yaradan hərəkətlərə də yol verirlər. Məsələn bunlar mitinq keçirib elan edirlər ki, gedək Şəhidlər Xiyabanını bir yerdə ziyarət edək. Bu nə deməkdir, Şəhidlər Xiyabanı həmişə açıqdır, 20 yanvar günü də açıqdır və hər kəsdə ora gedib öz vətən borcunu ifadə edə bilər. Bura qrup şəkilində gedib, qarşıdurma yaratmaq nəyə və lazım kimə lazımdır. Görünür bu cür insanlara lazımdır. Onların kimlərinsə qarşısında öhdəlilikləri var ki, Azərbaycanda qarışıqlıq salmaq, Azərbaycanda hansısa hüquqların pozulması barədə yalançı hesabatlar vermək və s. Bu da sağlam düşüncə tərzi deyil, təəssüf doğuran bir haldır. Təbii ki, müxalifət bu cür hərəkətləri ilə Azərbaycan cəmiyyətində yer tuta bilməz. Bu onların gücsüzlüyünün bir göstəricisidir. Amma bunlara keçirdikləri aksiyada maraqlı deyil, yığışıb bir hay-küy salmaqla bu işləri sifariş edənlərə göstərmək istəyirlər ki, onla bekar deyillər, çalışırlar”.

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə