"Biz Azərbaycanla hesablaşmadan hər hansı qərar qəbul edə bilərikmi?"
"Türkiyə Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Ermənistanla münasibətlərini normallaşdırmağı düşünmür. SİA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Bəzi məsələlərin həllində öz maraqlarını müdafiə etmək kifayət etmir, burada proaktiv olmaq lazımdır. Qarabağ problemi həll olunmayana qədər Qafqazda sabitlik, eyni zamanda Ermənistanla münasibətlərin normallaşması mümkün deyil. 2019-cu ildə biz bu mövzulara daha ardıcıl şəkildə məşğul olacağıq”, - deyə XİN başçısı dilə gətirib.
"Ermənistanın yeni rəhbərləri ön şərtlər olmadan Türkiyə ilə əlaqələr qurmağa hazır olduqların bəyan edirlər. Lakin bizim aydın şərtimiz var. Biz Azərbaycanla hesablaşmadan hər hansı qərar qəbul edə bilərikmi?”, - deyə, Çavuşoğlu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə