Lapşindən növbəti sərsəmlik və həyasızlıq!

Ermənipərəst bloqer: “Mən, Mehmanın qardaşı, İsveçrədə yaşayan Emini yaxşı tanıyıram”

Bloqer Aleksandr Lapşin Ermənistanın müdafiə nazirliyinə müraciət edərək, Azərbaycanla həmsərhəd olan bölgələrə getmək istədiyini bildirib. SİA xəbər verir ki, bu barədə Ermənistanın news.am saytı yazıb. Ermənipərəst bloqerin sözlərinə görə, o yanvarın 22-də Yerevanda erməni jurnalistləri ilə görüşüb və Sünix, Mehri, eləcə də Tavuş vilayətlərinə getmək arzusunda olduğunu bildirib. Belə ki, tarixi Azərbaycan torpaqları olan həmin vilayətlərə getməsini oradakı insanların həyat tərzləri ilə tanış olmaq məqsədi daşıdığını deyən ermənipərəst bloqerə hələ ki, işğalçı ölkənin müdafiə nazirliyi tərəfindən dəqiq cavab verilməyib.

Maraqlıdır ki, Aleksandr Lapşin bu dəfə də, növbəti həyasızlığından və sərsəmliyindən geri qalmayaraq, Qarabağa getmək planının olmadığını bloqer Mehman Hüseynovun “həyatına təhlükə” ola biləcəyi ilə əlaqələndirib, üstəlik, M.Hüseynovun qardaşı Emin Hüseynovu da yaxından tanıdığını bildirib. “Mən, Mehmanın qardaşı, İsveçrədə yaşayan Emini yaxşı tanıyıram”, deyən A.Lapşin bir az da irəliyə gedərək, daxilindəki sonsuz həyasızlığını bir daha nümayiş etdirib. Erməni jurnalistlərinin xoşuna getmək üçün o iddia edib ki, “Azərbaycan hakimiyyətini məcbur etmək lazımdır ki, Mehman azadlığa çıxsın”.

Görünür, Lapşin Ermənistanda ermənipərəstlik sərsəmliyini nümayiş etdirərkən, Azərbaycan hakimiyyətinin M.Hüseynovun işinə xitam verildiyindən xəbərsiz olub. Lakin fakt budur ki, Lapşindən öz çirkin maraqları üçün təlxək kimi istifadə edən Ermənistanın hakimiyyət dairələri unudublar ki, o Dağlıq Qarabağa qanunsuz səfər etdiyinə görə, Azərbaycanda saxlanılarkən, böyük qələt etdiyini, işğal olunmuş ərazilərin Azərbaycana məxsus olduğunu bəyan etmiş, üstəlik Azərbaycan xalqından üzr də istəmişdi.

Yeri gəlmişkən, onun Emin Hüseynovla əlaqələrinin olmasını etiraf etməsi həm də belə nəticəyə gəlməyə əsas verir ki, istər E.Hüseynov, istərsə də onun qardaşı M.Hüseynov ətrafında spekulyasiyalar edən ünsürlərin hər biri birbaşa ermənilərə işləyən, erməni lobbisinin qarşısında buyruq bulayan satqınlar, xəyanətkarlar yığnağıdırlar.

Qeyd edək ki, Azərbaycanda azadlığa çıxan kimi ölkəmizin hüdudlarını tərk edən Lapşin, yenidən anti-Azərbaycan xarakterli çıxışlar edərək, əslində, ermənilərin əlaltısı olduğunu, eləcə də, şərəfsiz biri olduğunu dolayısı ilə etiraf edib. Hər halda, onun nə qədər ucuz və rəzil ünsür olması faktları kifayət qədər ortadadır. Məhz bu məsələdə də Lapşinin simasızlığı gözlər önündə bütün çılpaqlığı ilə sərilib. Bu sərsəm bloqer yaxşı bilir ki, əgər bir daha işğal altında olan ərazilərimizə səfər edərsə, bu dəfə onun bağışlanması çətin olacaq və elədiyi qələtlərinin hər birinə görə ayrı-ayrılıqda cavab verəcək.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə