"Sarı jiletli"lərin lideri: "Biz heç nədən qorxmuruq"

“Sarı jilet”lilər hərəkatının lideri Erik Drue qarşıdakı həftədə Fransada daha sıx səfərbərliyin olacağı ilə bağlı vəd verib. SİA-nın xəbərinə görə, fəalların lideri sosial şəbəkələr vasitəsilə yeni bir “hücum”a başlayaraq deyib: “Sarı gecə. Hazır olun”.

Erik Drue Facebook səhifəsində Fransa prezidentinə açıq məktub göndərib hansı ki, orada Emmanuel Makronla görüşlə bağlı yeni tələb öz əksini tapıb. Erik məktubunun dövlət başçısı tərəfindən cavabsız qaldığını bildirib.

Hərəkat lideri önümüzdəki həftənin Fransa üçün sərt olacağını və hərəkatın artacağı ilə bağlı xəbərdarlıq edib.

“Sarı jilet”lilər istənilən an, istənilən yerdə, gecə və ya bazar günləri meydana çıxa bilərlər. Biz heç nədən qorxmuruq”,- deyə Erik qeyd edib.

Qeyd edək ki, “Sarı jilet”lilərin son etiraz aksiyası yanvarın 19-da baş tutub. Ölkənin daxili işlər naziri aksiyaya 84 min insanın qoşulduğunu bildirsə də, etirazçıların hesabına görə etiraza 147 mindən çox insan qoşulub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə