Rusiya ABŞ-a bir güllə atmadan qalib gəldi New American Journal

“Moskva ssenari üzrə Vaşinqton qarşısında yüksələ bildi, baxmayaraq ki, bu ssenari öncəki illərdə inandırıcı görünmürdü”. SİA xəbər verir ki, bu barədə “Moskovskiy Komsomolets” qəzeti “New American Journal”a istinadən yazır. Qeyd olunur ki, bu ABŞ prezidenti Donald Trampın sayəsində mümkün olub. “Guya o, Kremlin maraqları üçün fəaliyyət göstərir və ölkəni xaosa sürükləyir”, deyə yazan “Moskovskiy Komsomolets” adıçəkilən amerikalı nəşrə istinadən onu da bildirir ki, Trampın hakimiyyətə yiyələnməsi milli və beynəlxalq böhrana gətirib-çıxarıb.

“Rusiya ABŞ-a bir güllə atmadan qalib gəldi”, Amerika nəşri yazır.

Məqalənin müəllifinin fikkrincə, yaranmış vəziyyət Birləşmiş Ştatlar üçün fəlakətə səbəb ola bilər. Tramp, demokratlarla ziddiyyətlərə görə, hökumətin işini bəlli olmayan müddətə qədər dayandıra bilər və bu vasitə ilə milli təhlükəsizliklə yanaşı, iqtisadiyyatda da böhranın yaranmasına təkan verər.

“Bundan sonra, nəşrin proqnozlarına görə, etiraz aksiyaları başlaya bilər”, yazan “Moskovskiy Komsomolets” əlavə edib ki, etiraz aksiyalarının ardınca, kütləvi qanun pozuntuları, məhbusların qiyamı və silahlı hücumlar baş qaldıracaq. “Müəllifin nöqteyi nəzərincə, kütləvi isteriyalar iqtisadi kollapsa da gətirib-çıxaracaq ki, bud a “Böyük depressoya”dan da dəhşətli olacaq”, Rusiya nəşri amerikalı qəzetin yazdıqlarını sitat olaraq gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə