“Yerkrap” könüllülər ittifaqının keçmiş sədri, sabiq deputat Manvel Qriqoryanı yenidən həbs edəcəklər. SİA xəbər verir ki, bu barədə Ermənistanın lragir.am saytı yazır. Belə ki, bu barədə Ermənistanın cinayət işləri üzrə appelyasiya məhkəməsinin hakimi Arsen Nikoqosyan ölkənin baş prokurorluğunun şikayəti əsasında qərar verib.
Xatırladaq ki, dekabrın 21-də Yerevan məhkəməsi Manvel Qriqoryanı 25 milyon dram müqabilində zaminə buraxıb.
Qeyd edək ki, keçmiş hakim Respublika partiya partiyasının rəhbərliyi baş nazir Nikol Paşinyanın məhkəmələri təsiri altında saxladığını bəyan edirlər.
Müəllif: Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə