"Ermənistan ac-yalavac bir ölkədir" ÖZƏL-RƏY

“Ümumiyyətlə köklü islahatlar, dəyişiklik etmək üçün tamamilə mühit, siyasət, eləcə də ölkənin imkanları da dəyişməlidir. Bir məsəl var ki, “quyuya su tökməklə, quyuda su olmaz”. Bunu SİA-ya açıqlamasında politoloq Məhərrəm Zülfüqarlı deyib.

Politoloqun sözlərinə görə, bu gün Ermənistan iqtisadiyyatı müflis vəziyyətdədir: “İşğalçı ölkənin ərazisi elə bir yerdədir ki, o hər tərəfdən - bir tərəfdən İrandır və həmin ölkə hazırda embarqoya məruz qalıb. Digəri Gürcüstandır və həmin ölkə də Rusiya ilə problem yaşayır. Bizlə və qardaş Türkiyə ilə də düşməndir. Ümumiyyətlə belə bir ölkəni dirçəltmək mümkün deyil. İşğalçı ölkədə hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq islahatlar aparması da mümkün deyil. Bunların çıxış yolu odur ki, qonşularına qarşı ərazi iddialarından əl çəksin, Azərbaycanın işğal etdiyi əraziləri boşaltsın. Beləcə Ermənistan qonşularla bu cür münasibətlə çalışsın ki, dünya proseslərində qoşulsun. Yoxsa forpost bir ölkə olan Ermənistan Rusiyadan asılı vəziyyətdədir. Bu gün Rusiyanın özü təzyiqlərə, embarqoya məruz qalan ölkədir. Ermənistan isə ac-yalavac bir ölkədir. İndi bura Paşinyan gəlmir kim gəlsin yenə də xeyri yoxdur. Gələn isə 3-4 aydan sonra yenə nüfuzdan düşəcək və digərləri kimi iflasa uğrayacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə