Ərdoğanın Rusiyaya səfər proqramı açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfər proqramı açıqlanıb. SİA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyasından məlumat verilib.

Məlumata görə, Rəcəb Tayyib Ərdoğanın Rusiyaya işgüzar səfəri 23 yanvarda olacaq. Səfər zamanı Ərdoğan Rusiya lideri Vladimir Putinlə görüşəcək.

Proqram çərçivəsində iki ölkənin nazirləri və rəsmilərinin iştirakı ilə heyətlərarası görüş keçiriləcək. Görüşdə Rusiya ilə Türkiyə arasında ikitərəfli münasibətlərlə yanaşı, Suriya böhranı, eləcə də bəzi regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, Ərdoğanın bu səfərdə əsas məqsədinin Türkiyə ordusunun Suriyada hazırlaşdığı əməliyyatın bəzi nüanslarını razılaşdırmaq olduğu bildirlirdi.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə