YPG terror təşkilatı PKK ilə əlaqəlidir ABŞ senatoru

ABŞ PKK-nı terror təşkilatı kimi tanıyır. YPG-nin siyasi qanadı isə PKK ilə əlaqəlidir. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu fikri ABŞ Konqresinin respublikaçı senatoru Lindsi Qraham Ankarada keçirdiyi mətbuat konfransında bəyan edib.

Türkiyənin ABŞ üçün önəmli bir tərəfdaş olduğunu diqqətə çatdıran senator terrorizmlə mübarizəyə aid fikir və mülahizələrini bölüşüb. O, bildirib ki, Suriya ilə Türkiyə arasında dövlət sərhədi boyunca təhlükəsizlik zolağının yaradılması mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, ABŞ Konqresinin respublikaçı senatoru Lindsi Qraham Türkiyəyə səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu və milli müdafiə naziri Hulusi Akar ilə görüşlər keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə