İlham Əliyev: "Zimbabve ilə münasibətlərimizi inkişaf etdirmək istəyirik"

"Əminəm ki, səfəriniz çox məhsuldar keçəcək və tərəfdaşlığımızın gücləndirilməsi üçün imkanlar yaradacaq. Bu, Zimbabve Prezidentinin Azərbaycana ilk səfəridir, odur ki, bu, tarixi səfərdir. Əminəm ki, məhsuldar müzakirələr zamanı biz əməkdaşlığımızın çox mühüm sahələrini müəyyən edəcəyik. Biz ticarət münasibətlərimizin genişləndirilməsi üçün imkanları, həmçinin siyası sahədə qarşılıqlı fəaliyyətimizə aid məsələləri nəzərdən keçirəcəyik". SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqva ilə görüşündə deyib.

Prezident bildirib ki, gəlişiniz çərçivəsində Siz bir neçə ölkəyə səfər edirsiniz: "Çox şadam ki, Azərbaycan da Sizin səfər etdiyiniz ölkələrdən biridir. Bu, Sizin ölkəmizə və münasibətlərimizə verdiyiniz önəmin göstəricisidir. Biz də öz növbəmizdə, ölkələrimiz arasında münasibətləri inkişaf etdirmək istəyirik. Əlbəttə ki, Sizin səfəriniz də bu münasibətlərin inkişafı üçün məsələlərin müzakirəsi baxımından çox əla imkandır".

Bütün xəbərlər Facebook səhifəmizdə