Əli Kərimliyə qalan nə olacaq? LGBT???

Bu dəfə bloqer Mehman Hüseynovun və "aclıq aksiyası" keçirmək adı altında ucuz şou göstərib siyasi, eləcə də şəxsi dividentlərini güdmək məqsədi daşıyan “Milli Şura” çetesi və onun dirijoru, AXCP sədri Əli Kərimli “Məhsul” stadionunda növbəti məhsuldarsız mitinqini keçirəcək. Xüsusilə, Avropa Parlamentinin bədxah və qərəz xarakterli “qətnaməsindən” də bəhrələnəcəyini düşünən simasız “liderlərin” “etiraz aksiyası” adı altındakı siyasi artistizm cəhdləri bütün çılpqalığı ilə gözlər önünə sərilib. Ümumiyyətlə, bundan öncə, “ateistlər və dindarlar qardaşdırlar və siyasi mübarizədə ayrıseçkilik olmur” tipli anlaşılmaz və gülünc şüarları ilə yadda qalan AXCP sədrinin çox yəqin ki, bu dəfə sözügedən “qətnamədən” çıxaracağı tezisləri homoseksuallar və lesbiyanlarla bağlı olacaq. Əgər o bu gün “homoseksuallarla müxalifətçilər qardaşdırlar və siyasi mübarizədə ayrıseçkilik olmur” tipli şüar səsləndirərsə, artıq bundan təəccüb keçirməyə də dəyməz.

Beləliklə, artıq neçə gündür Əli Kərimli və trolları sosial şəbəkədəki hesablarından insanlara ənənəvi çağırış edərək, hər zamankı kimi, “Budəfəki mitinq fərqli olacaq”, deyib, guya bu şousunun əvvəlkilərdən daha coşqulu olacağını iddia edir. Əslində isə, hər mitinqindən öncə bənzər fikirlərlə çıxış edən Ə.Kərimli, bununla əvvəlki mitinqlərinin uğursuz olduğunu etiraf edir. Yəni, ötən mitinq alınmadı, budəfəki mitinq ondan fərqlənəcək və s...

Ümumiyyətlə, ölkədə qarşıdurma yaratmağa çalışan “Milli Şura”nın əvvəllər radikal dindarlarla “cihad” edəcəyi deyilirdisə, bu dəfə homoseksuallar və lesbiyanlarla, bütövlükdə LGBT təmsilçiləri ilə əvəzlənməsi böyük ehtimalla baş tuta bilər.

Yeri gəlmişkən, məsələ ondadır ki, Əli Kərimli “Milli Şura”nın əvvəllər keçirdiyi mitinqlərindən sonra iddia etməyə başlamışdı ki, guya onun keçirdiyi aksiyaları xarici media qurumlarında işıqlandırılır. Hətta sosial media vasitəsi ilə həmin media qurumlarının linklərini də paylaşan AXCP sədri guya bununla hər hansı “sübutu” göstərməyə çalışmışdı. Ancaq onun bu iddiasının ardınca bəlli oldu ki, həmin media qurumları heç də ictimai-siyasi məsələləri şərh edən, bu ətrafda informasiya yayan mətbuat nümayəndəlikləri deyil, onların əksəriyyəti cinsi azlıqlara məxsus olan LGBT təşkilatlarının xəbər bloqlarıdır. Misal üçün, həmin linklərdən biri "wordpress"də təşkil edilən "newsheadline.press" bloqudur. Bu bloq isə LGBT-yə dəstək verməklə yanaşı, bilavasitə erməni lobbisinin əli ilə də maliyyələşdirilir.

Ümumiyyətlə, adıçəkilən bloqda dərc olunan xəbərlərin böyük əksəriyyəti transmilli informasiya resurslarından paylanan informasiyalardan ibarətdir. Eləcə də "newsheadline.press"də gedən yazılardan biri də belə bir başlıqla ictimailəşdirilib – “Azərbaycanda LGBT üzvlərinə “divan tutulur”” (?!-R.N.).

Lakin fakt budur ki, onların əsas hədəflərindən biri Azərbaycan xalqı ilə hakimiyyət arasında gərginlik yaratmaq, hətta şeytanla əməkdaşlığa gedərək, situasiyanı öz xeyirlərinə dəyişməkdir. Fəqət, bunun baş verməyəcəyini indidən iddia etmək mümkündür. Çünki sağlam, normal, küçə təfəkküründən uzaq, ləyaqət və mənəviyyatı həyatlarında kredo olaraq seçən insanlar belələrinin çığır-bağırlarına ümumiyyətlə, əhəmiyyət vermir. Bu gün, Azərbaycan xalqı hər şeyi çox yaxşı görür, anlayır və anti-Azərbaycan qüvvələrin, onların əlaltılarının çirkin niyyətlərini həyata keçirməyə imkan verməyəcək.

Əli Kərimliyə isə qalan homoseksuallar, lesbiyanlar və radikal dindar qruplar, bir də Avropa Parlamentinin lüzumsuz, hətta işlənmiz tualet kağızından da qiymətsiz “qətnaməsi” olacaq...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə