Yevlaxda “Qəhrəmanlıq tariximizin 20 yanvar səhifəsi” adlı tədbir keçirilib

Yevlax RİH və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonda 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibəti ilə tədbir keçirilib.

Tədbri Yevlax RİH başçısının birinci müavini Qənimət Qaraşov açaraq, tədbirin məqsədi haqqında məlumat verib və 20 Yanvar faciəsində həlak olmuş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Q.Qaraşov bildirb ki, qanlı 20 Yanvar faciəsindən bizi 29 illik bir zaman ayırır. “Amma üstündən illər keçsə belə xalqın milli oyanış tarixinin ən qanlı, həm də olduqca şanlı bir səhifəsi olan bu faciə unudulan deyil. Hər il respublikamızda 20 Yanvarın ümumxalq hüzn günü kimi qeyd edilməsi bunun bariz nümunəsidir”, deyə o qeyd edib.

YAP Yevlax rayon təşkilatının sədr müavini, aparat rəhbəri Əli Quliyev tədbr mövzusunda məruzə edib. Ə.Quliyev bildirib ki, 20 Yanvar Azərbaycan xalqının tarixinə qanla yazılmış səhifələrdən biridir. “Amma o müdhiş gecə tariximizə təkcə faciə kimi yox, həm də Azərbaycan xalqının mübarizlik, qəhrəmanlıq günü kimi daxil oldu. Bu hadisə bir millətin, bir xalqın urəyində illərlə yığılıb qalmış azadlıq, müstəqillik eşqinin oyanış günüdür”, deyə qeyd edən Ə.Quliyev bildirib ki, Azərbaycan Xalqı 20 Yanvarda hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək hətta şəhid vermək əzmini bu gecə bütün dünyaya nümayiş etdirdi: “O, bu faciəyə siyasi-hüquqi qiymət verilməsi kimi böyük missiyanı yerinə yetirmək üçün sözün həqiqi mənasında bir qəhrəmanlıq nümunəsi yaratmış Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti barədə ətraflı məlumat verdi, bildirdi ki, bu cür tədbirlərin keçirilməsi yeni nəslin milli ruhda tərbiyə olunmasında rolu böyükdür”.

Digər çıxcışçılar da 20 Yanvar faciəsini Azərbaycan xalqına qarşı törədilən böyük bir cinayət kimi dəyərləndiriblər.

Tədbir, Yevlax rayon mədəniyyət mərkəzinin drektoru Eldəniz Mustafayevin rəhbərliyi ilə ədəbi bədii kompazisya ilə davam etdirilib.

Tədbir iştirakçılarına YAP Yevlax rayon təşkilatı tərəfindən hazırlanmış 20 yanvar faciəsini əks etdirən bukletlər paylanılıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə