Dövlətçiliyə qarşı çıxanlara güzəşt olunmayacaq TƏHLİL

İş-gücünü atıb, aksiyaya qatılanlar texniki avadanlıqların imkanları hesabına aşkarlanmaqla cəzaladırılacaqlar

5 min illik dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı müxtəlif zamanlarda müxtəlif təlatümlərə, münaqişələrə, müharibələrə məruz qalıb və zəngin dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşib. Ancaq böyük sərkərdələrinin, uzaqgörən dahi siyasətçilərinin müdirik qərarları hesabına yenidən ayağa qalxıb və dövlətçiliyini qoruyub-saxlayaraq, inkişaf etdirib. Elə uzağa getməyək, ötən əsrin 90-cı illərində, yüzlərlə insanın qanı və canı bahasına əldə olunan müstəqilliyi yenidən itirmək təhlükəsi ilə üzləşmişdik. Hakimiyyətdə olan AXC-Müsavat çütlüyünün apardığı səriştəsiz, səbatsız siyasətləri nəticəsində, torpaq bütövlüyümüz qəsb ounmuş və xalqın sabaha olan ümidləri əlindən alınmışdır. Nə yaxşı ki, belə ağır, çətin dövürdə Ulu Öndərimiz Heydər Əliyev xalqın çağırışına səsə verərək, hakimiyyətə gəldi və 5 min illik dövlətçilik tarixində 21 - ci dəfə dövlət müstəqiliyimizi itirmək təhlükəsindən Azərbaycanı xilas etdi.

Müasir dövrdə dövlətçilik anlayışı

Rusuyalı tədqiqatçı R.A.Lubskiyə görə, "dövlətçilik" dedikdə, dövlət-hüquqi strukturların və təsisatların, milli-dövlət ideyasının və onların reallaşmasının sosial praktikasının da daxil olduğu cəmiyyətin dövlət-təşkilati formasını nəzərdə tutur. Əminliklə və qətiyyətlə demək olar ki, Dahi Öndərimiz Heydər Əliyev və Onun ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyev dövlət-xalq münasibətlərinin ən yüksək səviyyədə qurulmasına, xalqın sosial-iqtisadi təminatının həll edilməsinə, dövlət maraqlarının istər daxildə, istərsədə xarici ölkələrdə, beynəlxalq aləmdə təmin edilməsinə əhəmiyyətli siyasi-diplomatik və idarəetmə töhfələri vermişlər. Amma təssüflər ölsun ki, böyük zəhmət, yüksək əmək sərf etməklə qurulan və möhkəmlənən Müstəqil Azərbaycan dövlətinin sütünlarını sarsıtmağa çalışan qüvvələr var. Onların kimliyini, hansı şəcərənin nümayəndələri olmasını geniş araşdırmağa, təhlilər aparmağa ehtiyac yoxdur. Onlar hər kəsin tanıdığı simalardır - erməni lobbisi ilə illərdən bəri əməkdaşlıq edən, "stajlı" Vətən xainləri" Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı Leyla və Arif Yunuslar, Xədicə İsmayıl, Ələkrəm Hümmətov, Qənimət Zahid, Orduxan Teymurxan, Vidadi İsgəndərli, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Azər Kazımzadə, Emin Milli və digərləri. Bu şəxslər Azərbaycan dilində yazmağı və oxumağı, hətta danışmağı bacarsalar da, ermənilərin mövqeyindən çıxış edərək, Azərbaycana qarşı təxribat kampaniyasının önündə gedirlər. Dərk edib, başa düşsələr də ki, cəmiyyət tərəfindən heç bir dəstəyə, sosial bazaya malik olmadıqları halda, yenə də, bunun fərqinə varmadan, xalqa "müraciətlər" edir, Azərbaycanın iqtisadi inkişafına, diplomatik uğurlarına qara yaxır, saxtakarlığa üstünlük verərək, gerçəyi gizlədir və özlərini demokratiya tərəfdarları kimi təqdim etməyə çalışırlar.

Satqın müxalifət yenə iş başındadır

Son günlər milli və dövlətçilik maraqlarını satmaqla əldə etdikləri qrantlar hesabına xarici ölkələrdə mülklər alan, övladlarını müxtəlif xarici ölkələrin təhsil ocaqlarında oxutduran Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digərləri bir qədər fəallaşıblar. Sosial şəbəklərdə təxribat xarakterli informasiyalar, məlumatlar yayamaqla kifayətlənməyən dövlətə düşmən kəsilən bu şəxslər mitinqlər, küçə yürüşləri ilə ictimai-siyasi sabitliyi pozmağa və təkmil strukturların fəaliyyətini zədələməyə çalışırlar. Çirkin məqsədlərinə və niyyətlərinə məram və məqsədlərini anlamayan insanları da, şərik etməyə cəhd göstərirlər. Bu insanların əksəriyyəti dövlət və qeyr-dövlət təşkilatlarında çalışır, özünün və ailəsinin maddi təminatını həll edirlər. Qərəzli təbliğatlara uymaqla bu insanlar öz iş-güclərini ataraq, "Milli Şura" və Müsavat təmsilçilərinin siyasi oyunlarının qurbalarına çevirilər. Ancaq dərk etmirlər ki, Ə.Kərilmi, C.Həsənli və A.Hacılı kimilər üçün maddi təminat elə mənasız aksiyalar keçirməklə əldə olunur və onlar isə bu məsələdə bir alətdirlər. Bu baxımdan, işlərini atıb mitinqlərə qatılanlar düz yola dəvət olunmalı, səhv siyasətin icraçılarınına çevirildikləri onlara başa salınmalıdırlar. Yəni bu, hər kəsin vətəndaşlıq borcu olmalıdır. Birincisi, ona görə ki, insan insana çətin məqamda, ağır durumda yardımçı olmalıdır, ikincisi, bu dövlət hər kəsindir və dövlətə qarşı çıxanlara münasibətdə hər kəs eyni mövqe ortaya qoymalıdır. Üçüncüsü, dövlət müstəqilliyimiz yüksək səviyyədə qorunub, inkişaf etdirildiyi halda, onun sütunlarını zədələməyə çalışanlara qarşı ümumi birlik nümayiş etdirilməlidir. Dördüncüsü isə, tələbə dərsini, zavod-fabrik işçisi iş yerini, tibb müəssisəsinin əməkdaşı xəstəsini buraxıb mitinqə gedirsə, bu, heç vəchlə bağışlana bilməz.

İşini-gücünü atıb, mitinqə qatılanlar cəzalandırılacaq

Bütün bunlara əsaslanaraq, demək olar ki, "Milli Şura" deyilən qondarma qurumun xaricdən aldığı sifarişlər əsasında planlaşdırdığı mitinqə dövlət və qeyri-dövlət təşkilatlarında çalışanların cəlb edilməsinə imkan verilməmilidir. İctimai sifarişdən çıxış edərək, aksiyanın keçiriləcəyi ərazilərdə nəzarət kameraları quraşdırılacaq, video və foto çəkilişlər həyata keçiriləcək. Texniki imkanlar əsasında aksiyada iştirak edənlərin kimlikləri barədə operativ məlumatlar əldə olunacaq. Məhz bundan sonra təqribən 1015 dəqiqə ərzində aksiyaya qatılan şəxsin kimliyi, harada yaşadığı və işlədiyi barədə məlumat əldə olunacaq. Bundan sonra, Əmək Məcəlləsinə və qanunvericiliyin tələblərinə uyğun olaraq işini atıb, aksiyaya qatılan şəxslərə qarşı cəza tədbirləri görüləcək. İşləyən şəxslər işlərindən olacaq, tələbədirsə təhsil aldığı univeristetdən xaric olunacaq. Artıq bu barədə, təcrübə də mövcuddur. Ötən mitinqlər zamanı bir neçə tələbə və mədəniyyət işçisi mitinqlərə qatıldıqlarına görə, ciddi cəzalandırılmışdırlar.

Görən Ə.Kərimlinin oğlu niyə mitinqlərə qatılmır?

Araşdırmalar təsdiq edir ki, artıq "Milli Şura" rəhbərliyi bu barədə məlumatlıdırlar və gözlənilən qərarları da əsaslı hesab edirlər. Ancaq Ə.Kərimlini insanların üzləşəcəyi üzücü və arzuolunmaz problemlər maraqlandırmır. Onun üçün başlıca məsələ mitinqə daha çox insanın toplamasını təmin etməkdir. Yalnız, bu halda, xarici ermənipərəst fondlar ona maliyyə yardımları ayıracaq. Ə.Kərimliyə sual vermək lazımdır, niyə qayınların və Saatlı rayonun Azadkənd kəndində yaşayan qardaşın və əmin oğlanları mitinqlərə qatılmırlar. Digər tərəfdən, İngiltərənin Bristol Univeristetində (illik ödənişi 30 min avro olan) təhsil alan və günün eyş-işarət məclislərində keçirən oğulun Turkel Kərimli niyə mitinqlərdə iştirak etmir. Dəfələrlə, "Milli Şura"nın təşkil etdiyi mitinqlər ərəfəsi T.Kərimli Bakıda olub, ancaq özünə əziyyət verib və mitinqə qatılmayıb. Bəhanəsi də, o olub ki, guya qızdırması var, xəstədir. Eyni zamanda, hər bir gənc hərbi xidmət keçməli olduğu halda, Ə.Kərimli T.Kərimlini gizlədir, Vətən qarşısında borcunu ödəməsindən yayındırır. Məntiqli sual yaranır: Ə.Kərimli öz fərari oğlunu İngiltərədə gizlətdiyi halda, niyə başqa gəncləri mitinqlərə gəlməyə, təxribatlar törətməyə, polislə qarşıdurmalar yaratmağa təhrik edir? Söz yox ki, bunun bir cavabı var, başqalarının faciəsi üzərində, öz şəxsi maraqlarını təmin etmək. Təbii ki, heç bir halda, Ə.Kərimli-C.Həsnli çütlüyünün gənclərdən alət kimi istifadə etmələrinə imkan verilə bilməz. Tora düşərək, aksiyaya qatılan gənclərlə və ya iş başında olan dövlət və özəl təşkilatlarda çalışan insanlar kameralar vasitəsi ilə aşkarlandıqdan sonra onlar işlərindən azad ediləcəklər və ya tələbə adından məhrum olunacaqlar, sonrakı mərhələdə isə, onlarla qanun dilində danışılacaq. Müxalifətin tez-tez istinad etdiyi Avropa ölkələrində də belədir. İşdən yayınan, kollektivlərdə əmək qaydalarını pozan şəxslər işlərindən azad edilirlər. Ona görə də, Ə.Kərimlinin, C.Həsənlinin siyasi oyunlarının tamaşaçıları və ya oyunçuları olanlar nə qədər gec deyil, səhvlərini etiraf edib, əski mövqelərinə qayıtsınlar. Məsəl var deyərlər, ziyanın yarısından qayıtmaq da xeyirdəndir.

İlham ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə