İki erməni əsgəri minaya düşüb

Ermənistan silahlı qüvvələrində qeyri-döyüş itkilərinin sayı artmaqda davam edir. AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, ermənilərin iki hərbi qulluqçusu piyada əleyhinə minaya düşərək ağır bədən xəsarətləri alıb. Hərbçilər təcili hərbi tibb müəssisəsinə təxliyə edilib.

Faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır. Qeyd edək ki, ötən gün Ermənistan mətbuatı Tavuş vilayətinin Barekamavan kənd sakini Arman Mikaelyanın minaya düşərək yaralanması barədə məlumat yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə