Fansanın “Lion 1” universitetinin kampusunda bir neçə partlayış baş verib. SİA xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat verib. Kanalın məlumatına görə, bu gün səhər saatlarında universitetin damında yanğın baş verib, bunun ardınca isə, terrasda saxlanılan üç qaz balonu partlayıb.

Lakin universitetin tvitter səhifəsində yenilənmiş xəbərə görə, üç nəfər yüngül xəsarətlər alıb. Binada olan insanların hamısı dərhal təxliyə ediliblər.

Hadisə yerinə zamanında çatmış yanğınsöndürənlər alovun ətrafa yayılmasının qarşısını almağa müvəffəq olublar. Kampusun bir binası isə artıq fəaliyyətini bərpa edib.

Hadisə yerində polis nəzarəti gücləndirilib və məqsəd təhlükəsizliyin təmin olunmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə