Sergey Narışkin: “Hanı bizim vətəndaşlar və nəyə görə onları gizlədirlər?” SKRİPAL İŞİ

Rusiyanın Dövlət Kəşfiyyat İdarəsinin (“QRU”) keçmiş polkovniki Sergey Skripalın və qızı Yuliyanın Britaniyada zəhərlənməsi ilə bağlı məsələ bu ölkənin təxribatıdır. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bu fikirlərlə Rusiyanın xarici kəşfiyyat idarəsinin rəhbəri Sergey Narışkin çıxış edib.

“Bu, kirli təxribatdır. Ona görə ki, Britaniya hakimiyyəti davamlı olaraq baş vermiş cinayətin izlərini silir, şübhələri məhv edirlər”, deyən Narışkin əlavə edib ki, onlar bunu elə ilk gündən edirlər. “Mən hələ onu da soruşmuram ki, hanı bizim vətəndaşlar və nəyə görə onları gizlədirlər?”, deyə rusiyalı kəşfiyyatçı sual edib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə