"İrəlidə hələ daha ciddi addımların atılması gözlənilir" ÖZƏL-MÜNASİBƏT

“Cənab Prezident hər zamankı kimi zamanı qabaqlayan, günün tələblərinə cavab verən addımları ilə bir daha göstərdi ki, çevik dövlət rəhbəridir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

A.Həsrətin sözlərinə görə, dövlət başçısı yuxarıdan aşağıya doğru bütün dövlət qurumlarının fəaliyyətini hamıdan yaxşı bilir, ən çox informasiyaya sahibdir və ona görə də vaxtı çatanda bu cür inqilabi və sərt addımlar atmağı bacarır: “Prezident İlham Əliyev idarəetmənin daim optimallaşdırılmasının günün tələbi olduğunu, bu tələbə uyğun qərarlar verilməyəcəyi təqdirdə zamandan geri qalacağımızı yaxşı anlayır. Ona görə də struktur və kadr islahatlarını gecikmədən həyata keçirir. Bizim də vətəndaş olaraq üzərimizə düşən odur ki, bu islahatları dəstəkləyək. Yeri gəlmişkən, son addımlar və qərarlar heç də o demək deyil ki, islahatlar sona çatdı. İrəlidə hələ daha ciddi addımların atılması gözlənilir ki, biz də o addımların uğurlu alınması üçün hazırlıqlı olmalıyıq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə