Erməni KİV-i Paris danışıqlarından yazır

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ötən gün Parisdə keçirilən görüşləri ilə bağlı erməni KİV-ləri də məlumat yayıb. SİA aysor.am-a istinadən xəbər verir ki, xarici diplomatik nümayəndəliklərinin rəhbərləri səmərəli, daha geniş qarşılıqlı anlaşma və inam istiqamətinə yönəlmiş konstruktiv fikir mübadiləsi aparıblar.

“Dörd saat yarımdan çox davam edən görüşdə tərəflər geniş şəkildə sülh prosesinə, o cümlədən, xalqların sülhə hazırlığına, təhlükəsizlik və stabil regional inkişaf məsələlərinə toxunublar”, adıçəkilən sayt Ermənistan XİN-nin mətbuat xidmətinə istinad edib.

Həmçinin, bildirilib ki, XİN rəhbərlərinin növbəti görüşlərinin vaxtı təsdiq edilməyib, lakin buna baxmayaraq, nazirlər qarşıdakı aylarda davamlı təmasda olmalarına razılıq veriblər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə