"Azərbaycan öz görkəmli şəxsiyyətlərinə sahib çıxır" MÖVQE-ÖZƏL

“Bildiyiniz kimi Azərbaycan Prezidentinin sərəncamı ilə hər il müxtəlif məsələlərə həsr olunur. Bu il də Prezident İlham Əliyevin sərəncamı ilə “Nəsimi ili” elan edilib. Bu addım Azərbaycanın nə qədər qədim tarixə, mədəniyyətə malik olduğunu sübut edir və bütün dünyaya nümayiş etdirmiş olur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Azərbaycanın öz görkəmli şəxsiyyətlərinə, klassik ədəbiyyat irsinə sahib çıxdığını deyən deputat söyləyib ki, cari ilin dahi şairə həsr edilməsi insanlarda Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi, bu böyük sənətkarın dünyaya tanıdılması baxımından özünəməxsus əhəmiyyət kəsb edir.

C. Osmanov qeyd edib ki, “Nəsimi ili" ilə əlaqədar keçiriləcək mühüm tədbirlər şairin yaradıcılığının, onun dövrünün daha dərindən öyrənilməsinə və ən əsası da böyük şairin məhz Azərbaycan şairi kimi dünyaya tanıdılmasına böyük təkan verəcək: “Bundan əlavə Nəsimi yaradıcılığının mübarizliyi bütün xalqımıza, ilk növbədə, gənc nəslimizə örnək olaraq öz müsbət təsirini göstərəcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə