"Görüş münaqişənin həlli ilə bağlı planları dəqiqləşdirəcək" RƏY-ÖZƏL

Bu gün Azərbaycan və Ermənistan XİN başçıları arasında keçiriləcək görüşdən münaqişənin həlli ilə bağlı hər hansı irəliləyiş gözlənilməsə də, bu görüş yeni hakimiyyətin münaqişənin həlli ilə bağlı planlarını dəqiqləşdirmək üçün bir platformadır”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi-şərhçi Arzu Nağıyev deyib.

Görüşdə ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirak edəcəyini xatırladan siyasi-şərhçi söyləyib ki, məhz bu görüşdən münaqişənin həlli istiqamətində müəyyən proqnozlar vermək mümkündür.

Diqqəti Ermənistanda gedən proseslərə yönəldən A.Nağıyev vurğulayıb ki, düşmən ölkədə vəzifə bölgüsündə problemlər olmasına baxmayaraq faktiki olaraq artıq Paşinyan hökumətə rəhbərlik edəcək: “Artıq Ermənistanda yeni hakimiyyətin KTMT, istərsə də iqtisadi problemlər və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cavabdehliyi artdı və öz vətəndaşını qışdan çıxarmaqla yanaşı həm də bu problemlərin həlli proqramını ortaya qoyulmalıdır. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, 2019-cu il münaqişənin həllində bir dönüş ili ola bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə