Tereza Meyə etimadsızlıq məsələsinə baxılacaq BREXİT

Britaniya parlamenti Tereza Mey hökumətinə etimadsızlıq votumuna baxacaq. SİA Rossiya 24 kanalına istinadən xəbər verir ki, bu məsələni leyboristlər partiyası baş nazirin Böyük Brttaniyanın Avropa İttifaqından çıxması şərtləri ilə bağlı dünən axşam icmalar palatasında keçirilmiş seçkilərdə ağır məğlubiyyətə uğramasından sonra qaldırıb.

“Deputatların əksər çoxluğu buna qarşı çıxıb. 650 deputatdan sazişə “yox” deyənlər 432 nəfər olub. 202 nəfər isə bu məsələni dəstəkləyib. Səs verənlər arasında Tereza Meyə yalnız müxalif olanlar deyil, partiyadaşları da olub. 118 konservator şərtlərə qarşı çıxış ediblər”, deyə məlumatda bildirilir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə