“Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünə yenidən baxılmalıdır” - İGİTYAN

“Çıxış” bloku Ermənistanın Avrasiya İqtisadi İttifaqını tərk etmək tələbi irəli sürürdü, belə ki, buna səbəb siyasi böhran olub”. SİA xəbər verir ki, sözügedən fikirləri “Mənim addımım” blokunun fraksiyaçı deputatı Ovannes İgityan jurnalistlərlə söhbətində deyib.

O, sabiq prezident Serj Sakiryanın fikirlərinə istinad edib və bildirib: Sarkisyan sözügedən məsələ ilə bağlı fikirlərini əsaslandırarkən demişdi ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü cəzadan qaçmaq üçün idi, çünki Ermənistanı təhlükə gözləyirdi”.

İgityana görə, məsələ onda deyil ki, Ermənistan sözügedən təşkilata nəyə görə üzv yazılıb, məsələ ondadır ki, Ermənistan ora hansı səbəbdən danışıqlar aparmadan daxil olub.

Deputatın sözlərinə görə, Ermənistanın hazırkı mərhələdə Avrasiya İqtisadi İttifaqından çıxması təhlükəli deyil, ən uzağı isə, məqsədəuyğun deyil. “Ona görə də Ermənistanın bu təşkilatdakı fəaliyyətinə yenidən baxılmalıdır”, deyə İgityan bildirib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə