Nyu-York ştatının senatoru Kirsten Gillibrand 2020-ci ildə keçiriləcək president seçkilərində namizəd kimi iştirak etməklə bağlı qərarını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, televiziya kanallarının birinə müsahibə verən senat deyib: “Mən də prezident seçkilərində mübarizəyə qoşulacam”.

Senator Birləşmiş Ştatlarda ümumdünya səhiyyə sisteminin yaradılması, dövlət məktəblərinin inkişafı və qabaqcıl təlim sisteminin yaradılmasını dəstəkləyir. Seçkiləri qazandığı təqdirdə Gilliebrand hakimiyyətdə "korrupsiya və xəsislik”lə bağlı mübarizə aparacağı vədini verib.

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2020-ci ilin noyabrın 3-də keçiriləcək. ABŞ-ın Texas Demokratik Partiyasının üzvü 44 yaşlı Meksikalı immiqrantlarından olan Julian Kastro da seçkilərə qatılmaq niyyətini açıqlamışdı.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə