Anar Xəlilov: “İslahatlar digər sahələri də əhatə edəcək” RƏY-ÖZƏL

"Cənab Prezident indiki idarəçilik sisteminin köhnəldiyi, dövlət aparatının şişirdildiyini və köhnəldiyini, effektiv olmadığını Nazirlər Kabinetinin ötən həftə sonu keçirilən müşavirəsindəki çıxışında bildirmişdi". Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, Cənab Prezidentin bu ciddi siqnalı özünü çox gözlətmədi və məlum Sərəncamı ilə nazirlik, agentlik və komitələrin ləğv olunmasına başladı: "Hesab edirəm ki, bu Cənab Prezidentin idarəçilik sahəsində apardığı islahatların növbəti mərhələsinin başlanğıcıdır. Bundan əvvəl də Cənab Prezident dövlət idarəçiliyi sahəsində çox mühüm islahatlar aparmışdır. Prezidentin növbəti bu addımı çevik idarəçiliyin formalaşmasına yeni dövrün tələblərinə cavab verən idarəetmə mexanizminin yaranmasına yönəlib. Dövlət idarəçiliyi sahəsində bu cür islahatların aparılması təqdirəlayiq bir haldır və alqışlanasıdır. Hesab edirəm ki, bu hələ başlanğıcdır. bir-birini tamamlayan müasir dövrün tələblərinə cavab verməyən bir çox strukturlar da yaxın gələcəkdə ixtisar ediləcək və ya digər qurumlarla birləşdiriləcəkdir. Bu həm vətəndaşlarımızın rifahına və rahatlığına yönəlmiş bir addım olmaqla yanaşı eyni zamanda dövlət büdcəsinin artıq xərclərdən təmizlənməsinə də xidmət edəcəkdir. Hesab edirəm ki, bu islahatlar təkcə dövlət idarəçiliyi sahələrini deyil, digər sahələri də əhatə edəcəkdir".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə