Daşnak sürüsü Xankəndinə yığışacaq

16-24 yanvar tarixlərində 30 ölkədən olan 100 nəfərə qədər Daşnaksyutun üzvü işğal olunmuş Xankəndi şəhərinə yığışacaq. SİA xəbər verir ki, bu barədə ermənilərin lragir.am saytı yazır. Bildirilir ki, daşnakların toplantısı təntənəli şəkildə “Dağlıq Qarabağ”ın qondarma parlament binasında keçiriləcək və partiyanın son 4 ildəki fəaliyyətinin nəticələri, eləcə də gələcəyə hesablanmış strategiyası müəyyənləşəcək. Toplantıda Daşnaksyutunun yeni heyət bürosunun da seçiləcəyi bildirilir.

Xatırladaq ki, bu partiya yaranan gündən böyük türk dünyasına qarşı nifrəti ilə seçilib və uzun illər dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda, Qarabağın işğalında qanlı terror siyasəti həyata keçirərək, on minlərlə unsanın həyatına son qoyub.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə