Xədicə İsmayıl-Mehman Hüseynovu əvəzləyən “ehtiyat oyunçu” "ACLIQ" OYUNBAZLIĞI

Yaxud, ingilisdilli bəyanatın pərdəarxası nədən xəbər verir?

Özünü gah “araşdırmaçı jurnalist”, gah “hüquq müdafiəçisi”, gah da “siyasətçi” kimi cəmiyyətə sırımağa çalışan Xədicə İsmayıl bloqer Mehman Hüseynovun yoğurtlu və yarım çörəkli “aclıq aksiyasına” dəstək olmaq üçün ona qoşulacağını Facebook sosial şəbəkə vasitəsilə yayımlayıb. Daha dəqiq desək, bu barədə şəxsi Facebook səhifəsində məlumat verən X.İsmayılın həmin statusunu ingilis dilində yazması da diqqətdən kənarda qalmayıb. Belə ki, məhz bu amil onun sözügedən addımının sifariş məqsədi daşıdığını açıq-aydın göstərməkdədir. Çünki o, sözügedən paylaşımında guya həmkarlarının həbsə atıldığı ölkədə yaşadığını iddia edib. Halbuki, bu gün Azərbaycanda ümumiyyətlə, siyasi motivlərlə həbs edilən jurnalist yoxdur, eləcə də “siyasi məhbus” anlayışı da mövcud deyil.

Yoxsa, Xədicə İsmayıl reket və şər-böhtançı “jurnalistlərin” müdafiəsinə qalxıb?

Daha bir maraqdoğurucu budur ki, hətta bu gün həbsə jurnalistlər olsa belə, onların siyasi deyil, aşkar cinayət əməllərinə görə cəza çəkdikləri göz önündədir. Əgər bu gün reketlər, şantajçı və şərbaz “jurnalistlər” X.İsmayılın gözündə “siyasi məhbus” kimi görünürsə, əslində bu onun öz problemidir və onun nəyi-necə görməsinin ictimai rəyə heç bir aidiyyatı olmaması ilə yanaşı, hər şeyi öz istəyi ilə gördüyünü zorla insanların beyninə sırımağa da haqqı yoxdur. Belə olan halda, X.İsmayılın birdən-birə durub “aclıq aksiyası keçirəcəyəm” tipli fikirləri ilə ingilis dilində status paylaşması artıq onun haradan tapşırıq almasını aşkar olaraq sübuta yetirməkdədir.

Bu zaman daha bir sual yaranır ki, əgər X.İsmayıl ciblərində sayt və qəzet vəsiqələri daşıyaraq cinayətlər, şantajlar, şər-böhtanlar yolu ilə reketçilik edən şəxsləri “jurnalist” kimi qəbul edirsə və bununla yanaşı, özünü həqiqi jurnalist hesab edirsə, demək ki, onun özü də peşəsinə belə hörmət qoymağı bacarmayan bir fərddir.

Özünü “mübariz jurnalist” kimi zorla gözə soxmağa çalışan X.İsmayıl birdən-birə xatırlayıb ki, “aclıq aksiyası” keçirmək lazımıymış...

Lakin görünən budur ki, X.İsmayıl sadəcə, jurnalistika adından sui-istifadə edərək, yalnız dövlət maraqları əleyhinə fəaliyyət göstərməklə qrant davası döyür. Əbəs deyil ki, X.İsmayılın dəfələrlə AXCP sədri Əli Kərimli də daxil olmaqla, xaricdə yaşayan milli xainlər arasında qrant dava-şavaları baş verib. İndi, necə deyərlər, özünü “mübariz jurnalist” kimi zorla gözə soxmağa çalışan X.İsmayıl birdən-birə xatırlayıb ki, “aclıq aksiyası” keçirmək lazımıymış...

Xüsusilə də M.Hüseynovun yeyib-içməkli “aclıq aksiyası” ifşa olunduqdan sonra Xədicənin yuyulmamış qaşıq və ehtiyat oyunçu kimi ortaya atılması da artıq müəyyən nəticələrə gəlməyə əsaslar yaradır. Hər halda, bir müddət sonra bu şounun da görünməyən tərəfləri bəlli olacaq və ifşalar davam edəcək.

Rövşən NURƏDDİNOĞLU

P.S. Yəqin, Xədicəyə verilən növbəti sifariş onun üçün göydəndüşmə oldu - arıqlaması üçün əla şansa var, əlbəttə ki, Mehman kimi altdan-altdan kabablamasa...

Bütün xəbərlər Facebook səhifəmizdə