"Zaxarova başqa dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır" ÖZƏL-MÖVQE

“Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova daha çox erməniyanlıdır və Rusiya XİN rəhbəri Sergey Lavrovun sözçüsüdür”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloqun sözlərinə görə, əvvəla erməni əsilli RF vətəndaşlarının Dağlıq Qarabağda Azərbaycanın icazəsi olmadan nə işi var: “İkincisi Rusiya burada ATƏT-in Minsk Qrupunun həmsədr bir dövləti olaraq gərək bitərəf mövqedə dayansın nəinki kiminsə tərəfini saxlasın. Üçüncüsü böyük bir dövlətin sözçüsü olan bir xanım başqa dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Ən azı bunu açıq şəkildə büruzə verməlidir. Çünki Rusiya həm də BMT Təhükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Amma bütün hallarda məsələnin gündəmə gətirilməsi Rusiya Ermənistan münasibətlərinin artıq daha yeni gərgin müstəviyə keçməsinə dəlalət edir. Onlar nə qədər istəsələr də və nə qədər ermənipərəst olsalar da məcburdurlar ki, Ermənistanın hal-hazırki durumuna bağlı Rusiya ilə münasibətləri aydınlaşdırsınlar. Onlar da çox gözəl bilir ki, Paşinyan öz yalanına inanan bir dövlət başçısıdır. Yəni bu adam ancaq özü deyir və özü eşidir. O qədər yalan danışıb ki, artıq o öz yalanlarına inanır. Bu mənada Mariya Zaxarovanın açıqlaması haradasa yarımçıq da olsa hər halda səslənir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə