“Mehman Hüseynovun həbsdə olması müxalifətin işinə yarayıb” RƏY-ÖZƏL

“Mehman Hüseynovun həbsdə olması müxalifətin işinə yarıyıb. İnandırıram ki, müxalif insanlar M.Hüseynov azadlığa çıxandan sonra ona qarşı olacaqlar”. Bunu SİA-ya açıqlamasında millət vəkili Fərəc Quliyev deyib.

Onun sözlərinə görə, çünki bunu biz İlqar Məmmədovun timsalında gördük: “Bu insanlar ya qəbirdə, ya da ki, sürgündə olanları sevərlər və istəyərlər ki, adamlardan faydalansınlar. Burda gizli bir şey yoxdur, qrant məsələləri var. Yəni İ. Məmmədovda azadlığa çıxana qədər onu qəhrəman eləmişdilər, çıxan kimi onu düşmən elan elədilər. Başqa məhbuslarla bağlı da, eyni davranışları olub. Mən tövsiyə edərdim ki, M. Hüseynovun yaxınları və özü də fərqli bir üsuldan istifadə eləsinlər. Media kapitanları, M. Hüseynovun yaxınları və ziyalılar da bu məsələ ilə bağlı Prezidentə müraciət edə bilərlər. Məsələni daxili anlaşma ilə aradan qaldırmaq mümkündür. Xaricdə oturub, guya ki, M.Hüseynova dəstək verənlər Kəlbəcərdən girov götürülüb zod qızıl mədənlərində qul kimi işlədilən qadınlar haqqında bir kəlmədə söz demirlər. İndiyə qədər yüzlərlə soydaşımızın taleyindən xəbər yoxdurlar, girov götürülüb, əsirlik həyatı yaşayır. Hətta mən ünvanla deyirəm ki, Kəlbəcərdən girov götürülən yüzlərlə qadın zod qızıl mədənlərində qul kimi işlədilir. Mən bunu Avropa İttifaqından gələn nümayəndələrlə görüşlərdə də, xarici səfərlərimdə də demişəm, amma heç bir reaksiya yoxdur. M.Hüseynov olayından Azərbaycana müəyyən təzyiqlər etmək üçün istifadə olunur. Bu daxildə divident qazanmaq istəyənlərlə, xaricdə mənfəət əldə etmək istəyənlərin iş birliyidir. Mən bu məsələdə o gəncin – M.Hüseynovun bir alət olmasını arzulamıram”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə