"Azərbaycan kimi ciddi tərəfdaş ölkəyə erməni eynəyi ilə baxmaq doğru deyil" ÖZƏL-ŞƏRH

“Fransa XİN-in Mehman Hüseynov haqqında Azərbaycana qarşı diplomatik etika baxımından qeyri-etik hesab edilən münasibəti bildirməsi öz gözündə tiri göməyənlərin başqasının gözündə tük axtarmasına bənzəyir. Yaxşı olar ki, Fransada ilk növbədə “Sarı jiletlilər”ə tutulan divanı xatırlsınlar, saxlanılan 4500-dən çox dinc nümayiş iştirakçısının hüquqları barədə düşünsünlər sonra kiminsə məsələsinə hüquqi qiymət verməyə mənəvi haqları olsun”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, Paris küçələrində çarəsiz qalmış vətəndaşlar sosial problemlərinin həll edilməsi ilə bağlı mitinq keçirən zaman Fransa polisi ən qəddar zorakı metodlara əl ataraq elə Fransa Konstitusiyasında əksini tapan vətəndaşların sərbəst toplaşmaq azadlıqlarını pozdular: “Ölüm hadisəsinə qədər şiddətlənən bu zorakılıq əslində fransız polisinin qəddarlığının ənənəvi təzahüridir. Çünki bu cür zorakılıq halları tez-tez təkrar olunan hadisədir. Bütün bunlar azmış kimi hazırda dinc nümayişçiləri sərt şəkildə cəzalandırmaq üçün yeni qanun qəbul etməyə hazırlaşırlar ki, bu qanun da Fransa Konstitusiyasına zidd olduğu kimi demokratik dəyərlər adlandırdığımız qlobal və universal dəyərlərə də ziddir. İnsan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılmasıdır. Qanun layihəsində mitinq iştirakçılarının xüsusi texniki vasitələrlə etiketlənməsindən (şifrələnməsindən) tutmuş ictimai asayişə dəyən ziyanın mitinq iştirakçıları tərəfindən ödənilməsinə qədər çox ciddi sanksiyalar nəzərdə tutulur. Heç bir demokratik ölkədə vətəndaşa qarşı belə amansız tədbirlər həyata keçirilmir. Ona görə də hər şeydən əvvəl Fransa hökuməti belə məsələlərə düzgün qiymət verməyi bacarmalıdır. Yoxsa hər addımında ermənipərəst mövqe tutmaq, Azərbaycan kimi ciddi tərəfdaş ölkəyə erməni eynəyi ilə baxmaq doğru deyil. Bu nə demokratiya və insan hüquqları baxımından, nə də beynəlxalq hüquq və ədalət baxımından doğru deyil”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...