"Azərbaycana qarşı ikili standartlar siyasəti davam edir" ÖZƏL-MÖVQE

“Fransanın Avropa və Xarici İşlər Nazirliyinin sözçüsü aclıq aksiyası keçirən bloqer Mehman Hüseynovla bağlı bəyanat yayıb. Fransanın hazırda ölkənin “sarı jilet”lər aksiyalarının bürüdüyü bir zamanda belə bir məsələ ilə maraqlanması çox təccüb doğurur”. Bunu SİA-ya açıqlamasında millət vəkili Rauf Əliyev deyib.

Deputatın sözlərinə görə, özünü demokratik bir ölkə hesab edən Fransada nümayişçilərə qarşı su şırnaqlarından, dəyənəklərdən və digər şiddət vasitələrinən istifadə olunur, 4500-ən çox nümayişçi saxlanılıb: “Bu ölkənin, Avropanın və dünyanın özünü demokratik ölkələr sayan dövlətlərin nə rəsmi qurumları nə də mətbuat orqanları bu hadisələri görməzdən gələrək bu hadisələrə heç bir münasibət bildirmirlər.

Bütün bunlar Avropada və elcə də dünyada ikili standartlar siyasətinin hələ davam etdiyini göstərir. Rəsmi Fransanın bu addımı bir də onu göstərir ki bu ölkədə erməni lobbisinin təsiri güclüdür və vaxtaşrı bu qüvvələrin Azəbaycana qarşı çirkin anti-azərbaycan təbliğatı işə düşür. Azərbaycanın nüfuzu artdıqca, dünyada mövqeyi güclənikçə Azərbaycanı istəməyən bu qüvvələr hər bir fürsətdən yararlnmaq istəyirlər. Bunlar eyni zamanda Azərbaycana qarşı təzyiq vasitəsi kimi qəbul eilməlidir. Ancaq bu qüvvələr bilməlidir ki, Azərbaycan müstəqil, demokratik, dünyada söz sahibi olan bir ölkədir və belə təziqlərin heç bir faydası olmayacaq, Azərbaycan özünün müəyyənləşdirdiyi yolla uğurla inkişaf edəcəkdir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə