"Mehmanı qurban vermək istəyən qruplar müxalifət yox, agentdirlər" ÖZƏL-ŞƏRH

Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə həbsdə olan Mehman Hüseynovun 1 günlük aclıq aksiyası ilə bağlı müxtəlif fikirlər səsləndirilir. İnsanlar sosial şəbəkələrdə nizamsız şəkildə prosesə münasibət bildirir və məsələnin mahiyyətindən getdikcə uzaq düşürlər.

Hadisəyə münasibət bildirən QHT sədri, internet-media eksperti Səbuhi Abbasov SİA-ya açıqlamasında bu prosesin bir mərkəzdən idarə olunduğunu deyib: "Mən özüm bu olayın ilk günü rəy paylaşdım. Qeyd etdim ki, Mehmanın həbsinin uzadılması düzgün deyil, onun bütün mümkün potensialı ölkəmizin milli maraqlarına təhlükə yaradacaq səviyyədə deyil. Ancaq bu formada o daha çox nüfuz qazanır və qəhrəmana çevrilir. Bu isə ölkəmizin beynəlxalq imicinə zərbədir. Ancaq Mehmanın qardaşı, Emin Hüseynov bütün planları alt-üst etdi. O öz sərsəm açıqlamaları, videomüraciətləri ilə əslində Mehmandan istifadə etdiyini, onun daha çox ac qalmasında maraqlı olduğunu de fakto etiraf etdi. Son videosunda isə aclıq aksiyası ilə bağlı sadəcə gülünc doğuracaq kriteriyalar bəyan edib. Bu sadəcə olaraq əvvəlcədən hazırlanmış ssenari idi. Bu adamlar çox gözəl bilir ki, Azərbaycan xalqı həbsdə olan insanlara, xüsusən də, həbsdə olan gənclərə qarşı çox həssasdır. Məhz buna görə Mehman öz qardaşını obrazlı desək ölüm ayağına atmış oldu. Digər bir məqam isə ondan ibarətdir ki, insanlar bəzən xarici kəşviyyata işləyən bu adamları müxalifət hesab edirlər. Onlar müxalifət deyillər, sadəcə olaraq xarici kəşviyyat qurumlarının agentləridirlər".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə