"Səs” qəzeti ilk sayından haqq sözünün tribunası olub" TƏBRİK_ÖZƏL

“Mən “Səs” qəzetinin səsini duyan ilk insanlardanam. Taleh elə gətirib ki, bu qəzetin ideya müəllifləri, qurucuları və bu qəzetin nəşr olunmasında haqqı keçən əksər yazarlarla əvvəlcədən münasibətlərimiz olub. Qəzet yaranan vaxt Azərbaycan media məkanında alternativ sözə, alternativ səsə böyük ehtiyac duyulurdu”. Bu fikirləri SİA-ya, Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev deyib.

Qəzetin fəaliyyətə başladığı günləri xatırlayan Ü.Rəhimoğlu deyib: “Qəzetin ilk nömrəsinin nəşr olunduğu günü də yaxşı xatırlayıram. Bu gün həmin vaxtdan 28 il keçir. “Səs” qəzeti ilk sayından başlayaraq millli və dövlətçilik maraqlarımıza xidmət edən, xalqımızın hər bir nümayəndəsinin haqq sözünün, haqlı səsinin tribunası olub. Bu illər ərzində “Səs” qəzeti öz dəst-xətti ilə respublikamızın mətbuat orqanları sırasında özünə layiqli yer tutub”.

BAMF prezidenti qeyd edib ki, “Səs” qəzeti Ulu Öndərimiz Heydər Əliyevin təbirincə desək “tarixə düşmüş bir qəzetdir”: Bu gün “Səs” qəzeti ölkəmizin informasiya məkanında özünün xəbər agentliyi, televiziyası olan ciddi bir media qurumuna çevrilib. Bu işlərdə xüsusi xidmətləri olan həmkarımız Bəhruz Quliyevi və onun komandasını bir daha yubiley münasibəti ilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.

Xatırladaq ki, bu gün Azərbaycan müstəqil mətbuatının ilk nümunələrindən biri olan "Səs" qəzetinin yaranmasından 28 il keçir. Qəzetin ilk sayı 1991-ci il yanvar ayının 11-də işıq üzü görüb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...