YAP Qaradağ rayon təşkilatı Şurasının iclası keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatı Şurasının iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, iclasda Partiyanın yeni üzvlərinin qəbulu ilə əlaqədar ərazi ilk partiya təşkilatlarının qərarları qəbul olunub.

YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov çıxış edərək gündəlikdə duran məsələrdən danışıb. Bildirib ki, rayon təşkilatı 2018-ci ildə öz fəaliyyətini partiyanın Nizamnamə və Proqramına, rayon təşkilatının müvafiq Fəaliyyət Planına uyğun qurub: “Rayon təşkilatı daim səylə çalışıb, təşəbbüskarlıq göstərib, Ümummilli Lider Heydər Əliyev ideyalarının yaşadılmasında və təbliğində mühüm fəaliyyət həyata keçirib. Ölkə Prezidenti İlham Əliyevin uğurlu və məqsədyönlü siyasi rəhbərliyinin, ölkəmizin davamlı inkişafının və tərəqqisinin cəmiyyətə, insanlara çatdırılması, rayon təşkilatının sıralarının keyfiyyət göstəriciləri baxımından daha da genişlənməsi, partiya üzvləri arasında mövcud əlaqələrin daha da intensivləşdirilməsi və yüksək səviyyəyə çatdırılması istiqamətində yorulmadan çalışıb. Rayon təşkilatının fəaliyyətində, həmçinin Qaradağ rayonunda görülən işlərin cəmiyyətə çatdırılması da yer alıb”.

Tədbirdə Sədərək ticarət mərkəzi ərazi ilk partiya təşkilatın sədr müavini Ələkbərov Sabir, Gəmiqayırma MMC zavodu ərazi ilk partiya təşkilatın sədr müavini Namiq Vəliyev, Qaz emalı zavodu ərazi ilk partiya təşkilatın sədr müavini Ələkbər Bayraməliyev, 180 saylı tam orta məktəb ərazi ilk partiya təşkilatın sədri Malik Qasımov və digərləri çıxış edərək görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

Rayon Şurasının Gənclər Birliyi və Qadınlar şurasının 2019 cu ilin 1-ci yarım illik fəaliyyət proqramı təsdiq edilib. Ərazi ilk partiya təşkilatlarında partiya üzvlərinin uçotunun dəqiqləşdirilməsi və cari məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə