““Siyasi mühacir”ləri ölkəmizə qarşı hürdürən qüvvələr var” AÇIQLAMA

“Onların bu cür yersiz hərəkətlərə əl atmasının çox sadə səbəbləri var”. Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, birincisi, onlar özbaşına deyillər: ““Siyasi mühacir”ləri ölkəmizə qarşı hürdürən qüvvələr var. Qarşılığında maraqları təmin olunur. Yəni onlar Azərbaycana qarşı şər-böhtan atmaqla xarici donor təşkilatlarından və Azərbaycanda siyasi sabitliyin pozulmasında maraqlı olan qüvvələrdən maliyyə yardımı alırlar. Yəni bunların marağı bu səviyyədədir ki, o sifariş verənlərin sifarişini yerinə yetirsinlər, Azərbaycanda ictimai rəyi çaşdırsınlar, sabitliyin pozulmasına nail olsunlar və bunun qarşılığında o sifariş verənlərdən külli miqdarda maliyyə vəsaiti alsınlar. Bu açıq aşkardır, yəni bütün bu gedən proseslər bunu göstərir və onların həm təbliğatı, həm ara dövrdə bir-birlərinə qarşı apardıqları mübarizə göstərdi ki, onların maraqları əslində vətəni satmaqla və bu cür çirkin işlər görməklə sadəcə pul qazanmaqdır. Amma vurğuladığım ki, bunlar öz başına deyil, təbii ki, onları o yola sövq edənlər, istiqamətləndirənlər və bu işə maraqlandıranlar var. O maraqlandıranlar kimlərdir? Təbii ki, onlar böyük güclərdilər, Azərbaycanın inkişafını, müstəqil siyasət yürütməsini istəməyən qüvvələrdirlər və sapı özümüzdən olan baltalar vasitəsi ilə sadəcə Azərbaycanda ki, bu sabitliyi, ictimai rəyi pozmaq istəyirlər. Amma buna nail olmayacaqlar. Çünki Azərbaycan dövlətidə, hakimiyyəti də, xalqı da kifayət qədər ayıqdır və kimin kim olduğunu yaxşı görür və bilir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə