"Mədəniyyət və incəsənət xadimləri dövlətin qayğısına böyük dəyər verirlər" RƏY-ÖZƏL

“Azərbaycan dövlətinin sosial qayğısı cəmiyyətin bütün təbəqələrini əhatə edir. Bura yaradıcı şəxslər, elm, təhsil, mədəniyyət, incəsənət və ədəbiyyat və digər şəxslər daxildir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Ülviyyə Həmzəyeva deyib.

Prezidentin göstərişi ilə mənzil şəraitinin yaxşılaşdırmaq məqsədilə yaradıcı şəxslərə xüsusi diqqət göstərildiyin deyən deputat söyləyib ki, ölkəmizin mədəniyyət və incəsənət xadimləri bu qayğıya böyük dəyər verirlər.

Onun sözlərinə görə, tanınmış mədəniyyət və incəsənət xadimlərinin sosial, maddi təminatının yaxşılaşdırması üçün davamlı tədbirlərin həyata keçirilməsi, onlara ömürlük prezident təqaüdlərinin ayrılması da mühüm əhəmiyyətə malikdir.

Ü.Həmzəyeva qeyd edib ki, ölkəmizdə yaradıcı şəxslərin fəaliyyətlərinin stimullaşdırılması üçün onların təqaüdlə təmin edilmələri, dövlət mükafatları ilə təltif olunmaları böyük önəm kəsb edir: “Bundan əlavə ölkəmizdə mədəniyyət nümayəndələrinin sağlamlığı məsələsinə də xüsusi həssaslıqla yanaşılır. Belə ki, bir sıra mədəniyyət xadimləri var ki, onların müalicəsinin bütün xərcləri dövlət tərəfindən həyata keçirilib”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə