Məmmədyarovla Mnatsakyanın bəyanatları Ermənistanda narahatlıq doğurub TƏLAŞ

Stepan Danielyan: "Biz, qırmızı xəttə yaxınlaşırıq"

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Milanda Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zoqrab Mnatsakyanla görüşündən sonra qarşılıqlı anlaşmanın əldə edilməsi ilə bağlı bəyanatının ardınca, erməni siyasi-ictimai rəyində təlaş yaranıb. SİA armenianreport-a istinadən xəbər verir ki, təlaş keçirənlərdən biri də tanınmış erməni politoloqu Stepan Danielyandır.

Belə ki, Elmar Məmmədyarovun məlum bəyanatından sonra o, Facebook sosial şəbəkəsində “Biz, qırmızı xəttə yaxınlaşırıq”, deyə status yazıb.

“Məmmədyarovun bəyanatına görə, Ermənistan və Azərbaycan qarşılıqlı anlaşma əldə edib. Yenidən həmin bəyanatda Mnatsakyanın “Ermənistan üçün əsas məsələ əhalinin təhlükəsizliyidir” fikirlərinə diqqət yetirin. Anladığım qədər, “Artsaxın” “müstəqilliyi” məsələsi mövzudan çıxarılıb. Biz, qırmızı xəttə yaxınlaşırıq”, deyə yazan Stepan Danielyan günahı mövcud hakimiyyətdə, daha dəqiq desək hakim partiyaya çevrilmiş “Vətəndaş sazişi”nmdə görür. “Onlar anlamalıdırlar ki, əgər bütün bunlar belədirsə, onda bu məsələnin müəlliflərinə çevrilmiş olurlar”.

Bütün xəbərlər Facebook səhifəmizdə