Dövlət Komitəsi tərəfindən sərgi təşkil edilib YENİLƏNİR

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən milli-mənəvi dəyərlərimizin qorunması, xalqımızın tolerant və multikultural ideyalarının və ənənəvi dini dəyərlərinin təbliği, dövlət-din münasibətlərinin fəlsəfi-siyasi, hüquqi əsasları və sosial-analitik təhlili, həmçinin dini maarifləndirmə işinin təşkili məqsədilə bir sıra kitab, kitabça və digər məlumat materialları hazırlanaraq çap edilir. Sözügedən nəşrlərin daha geniş kütləyə təqdim edilməsi məqsədilə bu gün Dövlət Komitəsi tərəfindən sərgi keçirilir.

SİA-nın verdiyi məlumata görə, sərgidə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların, dini icmaların və qeyri-hökumət təşkilatlarının nümayəndələri, elm adamları, eləcə də digər ictimaiyyət nümayəndələri iştirak edirlər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə