“Aslan İsmayılovun ermənilərlə sıx əlaqəsi və qohumluğu var” AÇIQLAMA
“Avropada oturub, şər-şəbədə ilə çıxış edən “siyasi mühacir”lər Azərbaycan dövlətinə xəyanət etmiş insanlardır”. Bunu SİA-ya açıqlamasında “Müasir Müsavat” partiyasının sədri Hafiz Hacıyev deyib.
Onun sözlərinə görə, Avropadakı tör-töküntülərin Azərbaycandakı üzvlərindən olan A.İsmayılov ermənilərlə sıx əlaqəsi, qohumluğu olan insandır: “Mən onu məhkəməyə verdim və məhkəmədə də uddum, buna şərti iş verdilər. Bu adam dövlətə, Azərbaycan xalqına xəyanət edə-edə gedirsə onu cəzasız buraxmaq olmaz. O cümlədən Vidadi İsgəndərli, Məhəmməd Mirzəli, Xədicə İsmayıl, Orduxan Teymurxan, Tural Sadıqlı və digərləri də ciddi şəkildə cəzalandılmalıdırlar. V.İsgəndərlinin aşıqlamaları və hərəkətləri anormallılıqdır. Ya bu adamın başı xarabdır, ya da dəlidir. Əslində bu cür insanlarla öz dillərində danışmaq lazımdır. V.İsgəndərli Fransada oturub. Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Amma vasitəçilik prinsiplərinə zidd olan addımlar atır. Fransanın prezidenti Azərbaycana gəlmədi, getdi Yerevanda erməni qızları ilə çaşka-lojka oynadı. “Siyasi mühair” deyilə avropadakı xəstələrin hamısı eyni mənbədən idarə olunurlar. Fikir verin, Xədicə İsmayıla 500 000 min avro qrant ayırıblar. Niyə? Söz yox ki, bu pullar söyüş söymək, təhqirlər səsləndirmək üçün ayrılıb. Necə olur ki, o məxluq, hüquqşünas gedir Gürcüstana orada ermənilərlə müxalifət arasında iş birliyi qurur və başlayırlar plan cızmağa. C.Həsənlinin qızı da erməniyə ərə gedib. Bütün bunlar onlara milyonlar verir. Onlarda qarışlığında bizim haqqımızda iyrənc sözlər, ifadə səsləndirilər. Bu baxımdan demək olar ki, onlar pul qazanmaq üçün təkcə ermənilərə deyil, hər cür məkrli qüvvələr işləməkdən çəkinmirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə