“Vidadi və Orduxan kimilərin arxasında müəyyən qüvvələr var” AÇIQLAMA
“Avropada oturub, Azərbaycana qarşı qarayaxma kampaniyası aparan qaraguruh dəstənin heç şübhə etmirəm ki, arxasında müəyyən qüvvələr dayanır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə deyib.
Onun sözlərinə görə, əvvəla Avropada yaşamaq və orda fəaliyyət göstərmək bir o qədər asan deyil: “Yəni Avropada kimsə kiməsə yardım etməsə, əl uzatmasa uzağı 1-2 aydan sonra son dərəcədə ağır vəziyyətlə üzləşməli olar. Bu baxımdan da, demək olar ki, Vidadi İsgəndərli, Orduxan Teymurxan kimilərin arxasında müəyyən qüvvələr var ki, həmin qüvvələrin Azərbaycanın bu günkü hakimiyyətinə, dövlətinə, xalqına mənfi münasibət sərgiləyirlər. “Siyasi mühacir”lərə ayrılan maliyyə vəsaiti ancaq ölkəmizə qarşı şər-böhtan kampaniyası aparmaq üçün ayrılır. Hesab edirəm ki, bu acizliyin nümunəsidir. Həmişə qeyd etmişəm ki, mübarizə də kişi kimi olmalıdır, sivil olmalıdır. Yəni hansısa sahədə çatışmazlıqlar varsa onu sivil yolla da deyə bilərlər və özlərinin yaratdıqları portallar, informasiya vasitələri ilə təbliğini də apara bilərlər. Amma söyüş söymək və xoşagəlməz fikirlər yaymaq yolverilməzdir. Bəli, Azərbaycana düşmən kəsilən, Azərbaycanı sevməyən dövlətlər, təşkilatlar var. Onlardan da biri Fransadır. Fransa prezidenti Emmanuel Makron Ermənistana səfəri zamanı geylərin tədbirində iştirak etməsi, orda qol açıb oynaması onun ermənilərə dəstəyinin nümunəsidir. Ermənistanın müxtəlif bölgələrinə o cümlədən, işğal olunmuş Dağlıq Qarabağa Fransanın müəyyən senatorlarının səfəri, Fransa bələdiyyə başqanlarının Ermənistan tez-tez səfərləri, onlara maliyyə dəstəklərinin göstərməsi, işğal olmuş ərazimizdə yaradılan qondarma rejimin rəhbərinin Fransaya viza alaraq oraya gedərək görüşlər keçirməsi onu göstərir ki, Fransanın Azərbaycana münasibəti mənfidir. Fransanın bəzi şəxslərə müstəqil dövlətin rəhbərliyi, dövlət və xalq haqqında qanuna zidd fəaliyyət göstərmələrinə, açıqlamalar yaymalarına şərait yaratması həm də, erməni maraqlarına xidmətin təzahrüdür”.
Bütün xəbərlər Facebook səhifəmizdə