Araz Əlizadə: ““Siyasi mühacirlər”in atalarıda, analarıda, arvadlarıda, uşaqıda puldur” AÇIQLAMA
“Əminliklə deyə bilərəm ki, sosial şəbəkələrdə təhqiramiz ifadələrlə çıxış edən Vidadi İsgəndərli, Qurban Məmmədov, Orduxan Teymurxan, Aslan İsmayılov və bu kimi digərinə laşlar az verildiyi üçün mənəviyyatsız və əxlaqsız mövqelərini ortaya qoyublar”. Bunu SİA-ya açıqlamasında ASDP-nin sədri, millət vəkili Araz Əlizadə deyib.
Onun sözlərinə görə, deyə bilərsiniz ki, laş nədir? İtə verilən sıyığa laş deyilər: “Vidadi İsgəndərli elə bilirdi ki, ömrü boyu prokurorluqda işləyib rüşvət alacaq, A.İsmayılovda elə eyni şeyi düşünürdü. Q.Məmmədovda elə bilirdi ki, böyük xidmətləri olub, ona yağlı əpbəy verəcəklər. Yəni bunların hamısı pul davası aparırlar. Bir sözlə, bunları nə Azərbaycan xalqı, nə öz valideynləri, nə də ki, azərbaycanlı uşaqların gələcəyi kimi məsələlərin heç biri maraqlandırmır. “Siyasi mühacirlər”in atalarıda, analarıda, arvadlarıda, uşaqıda puldur. Bunlar pula görə hər şeyi satarlar. Əslində onları ermənilərlə eyniləşdirmək erməniləri təhqir etmək deməkdir. Çünki onlar ermənidən də pisdirlər. Hər biri dişi çıxarılmış ilandırlar, dişləyə bilməsələr də, hürmək qabiliyyətinə malikdirlər. Özünü “hüquqşünas” kimi təqdim etməyə çalışan A.İsmayılov çox hiyləgər insandır, əgər ona insan demək mümkünsə. O istəyir ki, onu həbs eləsinlər bir az yatsın, azadlığa çıxsın və sonrada ona xaricdən desinlər ki, “molodes, sobaka” və sığınacaq versinlər, o da rədd olub getsin”.
Bütün xəbərlər Facebook səhifəmizdə