“Mənim addımım” blokunda qarşıdurmalar davam edir "JAMANAK"

Ermənistanın “Jamanak” qəzetinin yazdığına görə, baş nazir vəzifəsini icra edən “Vətəndaş sazişi” partiyasının sədri Nikol Paşinyanın liderlik etdiyi “Mənim addımım” bloku daxilində qarşıdurmalara start verilib. SİA adıçəkilən nəşrə istinadən xəbər verir ki, növbədənkənar seçkilərdə qələbə qazanmış blokun üzvləri arasında daimi parlament komissiyasında təmsil olunmaq uğrunda amansız mübarizəyə start verilib.

“Xüsusilə, “Vətəndaş sazişi” partiyasında nazir portfelindən məhrum olanlar yalnız deputat olmaq istəmirlər, onlar həmçinin komissiya sədri postunu da tutmağa çalışırlar”, deyə nəşr yazır.

Lakin o da bildirilir ki, “Vətəndaş sazişi” partiyasının yuxarı eşalonu bu fikirdədir ki, həmin adamlar nazir statusunda olarkən, elə də gözə dəyməyiblərsə, demək parlamentin də işinə xələl vurmağa ixtiyarları yoxdur.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə