"Prezidentimiz üçün əsas məsələ insanların sağlamlığının qorunmasıdır" ÖZƏL-RƏY

“Bakıda Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun əsaslı yenidənqurmadan sonra açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev düzgün olaraq bildirdi ki, bu gün səhiyyə sahəsində yürüdülən siyasətin məqsədi Azərbaycan vətəndaşlarının sağlamlığını və yüksək səviyyəli tibbi xidmət almaq imkanını təmin etməkdir. Həqiqətən də cənab Prezidentimiz üçün əsas məsələ insanların sağlamlığının qorunmasıdır. Təbii ki, bu prioritet məsələlərdən birincisidir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Kamilə Əliyeva deyib.

Deputatın sözlərinə görə, ölkə başçısı hər zaman çıxışlarında bu devizi əsas tuturdu - "Neft kapitalını insan kapitalına çevirmək": “Yəni insan amili cənab Prezident üçün ən ümdə məsələlərdən biridir. Biz hər dəfə istər paytaxt Bakıda, istərsə də bölgələrimizdə səhiyyə ocaqlarının, diaqnostika mərkəzlərinin açılması, xəstəxanaların yenilənməsi, müasir təchizatlarla təmin olunması, karların hazırlanması istiqamətində ölkə başçısının gördüyü işlər göz önündədir. Bu gün Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun əsaslı yenidənqurmadan sonra açılışı da o məqsədləri güdür ki, bütün səhiyyə ocaqları yenilənsin və müasir tələblərə cavab versin. Təbii ki, bu da insanlarımızın sağlamlığı üçündür. Həmin açılışla bunun bir daha təsdiqini görmüş olduq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə