Braziliya səfirliyində tədbir keçirilib FOTOLAR

Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyində Azərbaycan Xalq Cuhuriyyətinin 100 illiyi, Azərbaycanla Braziliya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi, Ulu Öndər Heydər Əliyevin 95 illiyi və görkəmli bəstəkar Qara Qarayevin 100 illiyi ilə bağlı silsilə tədbirlərin yekunu olaraq, eləcə də 31-dekabr Dünya Azərbaycanalılarının Həmrəyliyi gününə həsr edilmiş tədbir keçirilib. Səfirlikdən SİA-ya verilən məlumata görə, səfir Elxan Poluxov tədbirdə çıxış edərək cari ilin çox əlamətdar bir il olduğunu, və bu il ərzində mötəbər yubiley tarixlərinin qeyd edildiyini söyləyib. Bundan əlavə, səfir öz çıxışında iki ölkə arasında münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayaraq, gələn ilə dair potensial planlarla bölüşüb.

Tədbirdə iştirak edən Braziliya Milli Koqresinin Senatorlar Palatasında Azərbaycan-Braziliya Dostluq Qrupunun sədri, senator Kristovam Buarke çıxış edərək Azərbaycanla Braziliya arasında münasibətlərin çox vacib olduğunu və Braziliya Parlamentində Azərbaycanla dostluq qrupuna sədrlik etməkdən qurur duyduğunu bildirib.

Daha sonra Braziliya Milli Koqresinin Deputatlar Palatasında Azərbaycan-Braziliya Dostluq Qrupunun sədri, deputat Klaudio Kajado çıxış edərək qeyd edib ki, Azərbaycan Braziliya üçün çox önəmli ökədir və əlaqələrimizi daha da genişləndirmək vacibdir.

Tədbirdə cari il ərzində səfirlik tərəfindən Azərbaycan Xalq Cuhuriyyətinin 100 illiyinə, Azərbaycanla Braziliya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə, Ulu Öndər Heydər Əliyevin 95 illiyinə və görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə dair dərc edilmiş jurnallar və kitablar qonaqlara təqdim edilib.

Tədbirdə Braziliya Xarici əlaqələr nazirliyinin, Braziliya Milli Konqresinin nümayəndələri, diplomatik korpusun rəhbərləri, jurnalistlər və yerli ictimaiyyət üzvləri iştirak ediblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə